Rusiya təhsil və elm naziri Azərbaycana səfər edəcək

Rusiya təhsil və elm naziri Olqa Vasilyeva Azərbaycana səfər edəcək. Noyabrın 28-də baş tutacaq səfərin əsas məqsədi Azərbaycan və Rusiya ali məktəblərinin məzunlarına həsr olunan konfransda iştirak etməkdir. O.Vasilyeva səfər çərçivəsində həmçinin azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top