Deputat villasına oğru girməsi xəbərini təkzib edir

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Tahir Süleymanovun Şabrandakı dəbdəbəli imarətinə oğru girməsi haqda xəbərlər yayılıb. Xəbərlərdə deyilir ki, imarətdən deputatın qızına məxsus külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları aparılıb. "Yeniavaz.com" xəbər verir ki, məsələ ilə bağlı modern.az saytı deputat Tahir Süleymanovla əlaqə saxlayıb. Deputat yayılan xəbərlərin yanlış olduğunu deyib.


“Qızımla bir yerdə Şabran rayonunda yaşayırıq. Ayrı yaşamırıq ki! Martın 28-də günorta saat 2-də rayondan evə gəlmişəm. Bizim evdə heç bir oğurluq hadisəsi olmayıb. Yalandır. Belə yanlış xəbərləri nəyə görə yayırlar - heç bilmirəm”.
Qeyd edək ki, Tahir Süleymanovun bir qız övladı var və o, Şabran xəstəxanasında həkim işləyir. Şabranın deputatı olan T.Süleymanovun bir müddət əvvəl rayondakı dəbdəbəli imarətinin videosu yayılmışdı. Hazırda həbsdə olan blogger Mehman Hüseynovun o zaman çəkib yaydığı video YAP-çı deputatı qəzəbləndirmişdi. Ehtimal var ki, oğurluq olması iddia edilən məkan da həmin imarətdir. T.Süleymanov deputatlığa qədər un biznesi ilə məşğul olub. Deputat olandan sonra da ölkəyə un gətirən əsas 2 şəxsdən biri olaraq qalmaqdadır. Un biznesində ad çıxaran digər şəxs də deputatdır - bu, T.Süleymanovun partiya yoldaşı, deputat Əsabil Qasımovdur.

DİGƏR XƏBƏRLƏR

Top