Rusiyada sunami təhlükəsi elan edildi

Rusiyanın Kamçatka vilayətinin şərqində 6,7 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Ust-Kamçatsk yaşayış sahəsindən 89 kilometr şimal-şərqdə, ocağı isə 22,8 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı sunami təhlükəsi elan edib.

“Biz seysmik məlumatlara əsasən, sunami təhlükəsi elan etdik. Təhlükənin məruz qala biləcəyi zonaya Ust-Kamçatsk rayonu və Aleut rayonunun Nikolskoe kəndi daxildir.axar.az

DİGƏR XƏBƏRLƏR

Top