Azərbaycanda universitet prorektoru vəfat edib

Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov dünən axşam saatlarında vəfat edib.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə Lent.az-a universitetdən məlumat veriblər.

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olub. Evli idi, iki övladı və üç nəvəsi var. O, bir müddət Dillər Universitetinin rektoru səlahiyyətlərini də icra edib.

DİGƏR XƏBƏRLƏR

Top