Almaniyada 4 milyon dollarıq qızıl sikkə oğurlanıb


Almaniyanın paytaxtı Berlində üzərində İngiltərə Kraliçası 2-ci Elizabethin (Yelizaveta) rəsmi olan 4 milyon dollar dəyərindəki qızıl sikkə oğurlanıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Berlinin Bode muzeyində nümayişdən sonra oğurlanan qızıl sikkə 24 karat qızıldan hazırlanıb. 2007-ci ildə hazırlanan sikkə Kanadanın milli simvolu adını daşıyır. 100 kiloqram ağırlıqdakı sikkə muzeydən gecə saatlarında oğurlanıb. Oğruların təhlükəsizlik siqnalını necə söndürdüyü və diametri yarım metr olan sikkəni necə oğurladığı hələ də araşdırılır. Bazar ertəsi günü təxminən saat 03:30 radələrində oğurlandığı təxmin olunur. Nəhəng sikkəni bir nəfər çıxara bilməyəcəyi üçün oğurluqda böyük ehtimalla bir neçə nəfər iştirak etdiyi güman edilir. Polislərin açıqlamasına görə oğrular muzeyə şüşəni sındıraraq girib. Həmçinin sikkənin güllə keçirməz şüşədə saxlanıldığı qeyd edilib. Baş verən hadisənin muzeyin təhlükəsizlik xidmətindən xəbərsiz olması barədə açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top