Şəkidə qadın dəm qazından zəhərlənərək ölüb

Şəkidə 30 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gecə saat 04 radələrində Şəki şəhəri, Süleyman Kazımov küçəsi ev 12 ünvanında baş verib. 1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın öldüyü müəyyən olunub. İlkin ehtimala görə, o, dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Şəki prokurorluğunda araşdırma aparılır.

APA

DİGƏR XƏBƏRLƏR

Top