Ayda yeraltı tunel aşkar edilib

Vundlenddə (Texas ştatı) keçirilən Ay və planetlər üzrə (Lunar and Planetary Science Conference) beynəlxalq konfransın 48-ci iclasında Ayda yeraltı tunellərin mövcudluğu barədə məlumat verilib. "Yeniavaz.com"un tvzvezda.ru/news-ə istinadən verdiyi məlumata görə, Yaponiya alimləri tərəfindən aşkar edilən Aydakı yeraltı tunellər kilometrlərlə uzanır. Yaponiyanın "Kaquya" aparatının köməyi ilə aşkar edilən tunellər horizontal formadadır. Yeraltı tunellər Maşus təpələri adlanan yayla ətrafındadır və onun diametri 10 metrdən böyükdir. Hələ ötən il NASA-nın Gravity Recovery and Interior Laboratoriyası(GRAIL) Ay səthində anomaliyaların olmasını aşkar etmiş və bunun oradakı boşluqla əlaqəsinin ola bilməsi barədə ehtimallar səsləndirilmişdi. Bu tunellərdən gələcəkdə Ayda elmi tədqiqat mərkəzi kimi istifadə ediləcəyi istisna edilmir.

DİGƏR XƏBƏRLƏR

Top