Bakı-Sumqayıt yolundakı qəzada yaralanan tələbələrin hamısı evə buraxıldı


Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrin hamısı evə buraxılıb. Bu barədə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Xatırladaq ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşınına, sonra isə dəmir manelərə çırpılıb. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib. 20 nəfər isə yaralanmışdı.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top