Bakıda qəza törədən sürücü hadisə yerindən qaçıb-VİDEO

Bu gün səhər saatlarında Maştağa-Zabrat şossesində yol qəzası baş verib. Naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobili arxadan vurub. Nəticədə “Hyundai Accent” markalı nəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb. Şahidlərin sözlərinə görə, “Hyundai”ı üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub. Qəza törədən maşının sürücüsü hadisə yerindən qaçıb. “Hyundai”in sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.Report

Qeza

DİGƏR XƏBƏRLƏR

Top