Çində mədənin uçması nəticəsində 7 nəfər torpağın altında qalıb

Çinin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar rayonunda mədənin uçması nəticəsində 7 nəfər torpağın altında qalıb. Bu barədə çərşənbə axşamı Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Bildirilir ki, insident Şuymoqou rayonunda yerləşən mədəndə baş verib. Hazırda hadisə yerinə xilasedicilər, polislər və həkimlər cəlb olunub. Uçmanın səbəbi müəyyənləşdirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top