Mosulda 112 nəfərin cəsədi tapılıb

Ötən həftə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin aviazərbələr endirdiyi İraqın Mosul şəhərinin rayonlarının birində 112 nəfərin cəsədi tapılıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Əhməd Dubardani deyib. Onun sözlərinə görə, üç gün ərzində tapılan cəsədlər şəhərin qərb hissəsindəki qəbiristanlıqda basdırılıb. Daha əvvəl 60 cəsədin tapılması barədə məlumat verilmişdi.

Xatırladaq ki, Mosulun qərb hissəsində hava zərbələrindən ən azı 200 nəfərin həlak olduğu bildirilmişdi. İraq ordusunun hesablamalarına görə, Mosulun qərb ərazisinin 60 faizindən çoxu İŞİD-dən azad edilib. Şəhərin şərq hissəsi isə 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top