"Ohanyan-Raffi-Oskanyan" bloku xalqı küçələrə çıxarmağa hazırdır

"Əgər xalq seçkilərdən sonra etiraz aksiyalarına baş vursa, onda biz də onların yanında olacağıq". "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Ohanyan-Raffi-Oskanyan" seçki blokunun liderlərindən biri, Birlik Partiyasının sədri, keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib: "Biz hələlik əsas diqqəti seçkilərə yönəltmişik və belə hesab edirik ki, bu yolla hakimiyyət dəyişikliyinə nail olmaq mümkündür. Amma əgər bu baş verməsə, onda xalq özü bizə nə etməyin lazım olduğunu göstərəcək".

Müxalifət tərəfindən hakimiyyəti ələ almaq üçün hansısa gücdən istifadə etməyə gəlincə, Oskanyan belə bir yolun əleyhinə olduqlarını bildirib: "Biz həmişə güc tətbiq etməklə hakimiyyəti ələ almağın, həmçinin seçkilərin nəticələrinin saxtalaşdırılmasının əleyhinə olmuşuq. Düzdür, bəziləri dinc yollarla hakimiyyətə gəlməkdən ümidlərini kəsərək belə bir yola əl atmaq fikrinə düşürlər. Ancaq bizim blok bütün hallarda hakimiyyətin güc tətbiq etməklə dəyişdirilməsinin əleyhinədir".

DİGƏR XƏBƏRLƏR

Top