Rusiyada azərbaycanlılara qadağa edilmiş peşələrin sayı artırıldı

Rusiyanın Novosibirks regionunun hakimiyyəti miqrantların işləməsi qadağan edildiyi fəaliyyət sahələrinin sayını iki dəfə artırıb. “Yeniavaz.com”un “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, xarici vətəndaşlara 33 növ üzrə patentlər əsasında əmək fəaliyyəti həyata keçirmək qadağan edilib. Hərçənd, 2016-cı ildə məhdudiyyətlər 16 istiqaməti əhatə edib. Müvafiq sərəncamı regionun başçısı Vladimir Qorodetski imzalayıb. 2017-ci ildə miqrantlara uşaqlar, yaşlılar və əlillərə qulluq xidmələri göstərmək, təhsil, istehsalat sahələrində faəliyyət göstərmək və spirtli içki, dərman və tütün məmulatlarının ticarəti ilə məşğul olmaq qadağan edilib. Xarici vətəndaşlar üçün qadağa tətbiq edilən sahələrə vəhşi heyvanların ovlanması və vurulması, balıqçılıq, faydalı qazıntıların hasilatı, uşaq qidaları və pəhriz qida məhsullarının istehsalı, şəhərdaxili və şəhərlərarası müntəzəm sərnişin daşımalar üzrə avtobus nəqliyyat fəaliyyəti, taksi və digər quru sərnişin nəqliyyatı, maliyyə və sığorta fəaliyyəti, eləcə də işədüzəltmə və heyətin seçilməsi üzrə fəaliyyət daxil edilib. Məhdudiyyətlər Rusiyaya viza almağı tələb etməyən qaydada gələn və region ərazisində müvəqqəti əmək fəaliyyəti həyata keçirmək üçün patent almış miqrantlara şamil edilib. Bu qadağalar Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Azərbaycan vətəndaşlarına aiddir.

DİGƏR XƏBƏRLƏR

Top