"Samvel Babayanın həbsi siyasi təqibdir"

"Ohanyan - Raffi - Oskanyan" bloku qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş "müdafiə naziri" Samvel Babayanın Sarkisyan rejimi tərəfindən həbs edilməsini onun siyasi baxımdan təqib edilməsi və cəzalandırılması olduğunu bəyan edib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib: "Samvel Babayan bizim yaxın dostumuzdur və onunla uzun müddət bir yerdə işləmişik. Ona görə də həmkarımızın həbsdən azad edilməsi üçün bütün imkanlardan istifadə edəcəyik. Hazırda biz Samvel Babayanın vəkili ilə işləyirik. O hər gün bizə görülən işlə bağlı məlumat verir. Babayan heç də mətbuatda xəbər verildiyi kimi baş verən hadisələrə görə günahını boynuna almayıb. Onun sadəcə olaraq özünə qarşı irəli sürülən ittihamda cüzi rolu olub".

Ohanyan əslində qarşıdan gələn seçkilər ərəfəsində hökumətdə olan güclərin öz rəqiblərini siyasi baxımdan təqib etdiyini və Babayanın həbsinin də bununla bağlı olduğunu söyləyib: "Samvel Babayanın həbsi siyasi təqibdir. Bu da onu göstərir ki, bizim alyans doğru yoldadır."

Keçmiş müdafiə naziri həmçinin özünün də Babayan kimi həbs edilə biləcəyini istisna etmədiyini vurğulayıb: "Mənə artıq bu barədə məlumat veriblər, ancaq buna əhəmiyyət vermədim. Bu, dezinformasiya da ola bilər. Lakin biz Ermənistanda yaşayırıq və burada istənilən hadisə baş verə bilər".

DİGƏR XƏBƏRLƏR

Top