"Rusiya türk pomidorlarını Azərbaycandan alır" İDDİA

Rusiya idxalına qadağa qoyduğu türk pomidorlarını başqa ölkələrdən daha yüksək qiymətə satın alır. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə İstixana İnvestorları və İstehsalçıları Birliyinin sədri Müslüm Yanmaz deyib. Onun sözlərinə görə, Türkiyədə istixanalarda ildə 200 min ton pomidor istehsal edilir. Təyyarə böhranınadək ən böyük bazarın Rusiya olduğunu qeyd edən M. Yanmaz ötən müddət ərzində iki ölkə arasında əlaqələrin normallaşmasına baxmayaraq, Rusiyanın embarqodan imtina etməməsini başa düşmədiklərini bildirib: “Bu embarqo həm türk istehsalçılarına, həm də Rusiya vətəndaşlarına mənfi təsir edir. Yüksək səviyyədə keçirilən görüşlərdə hər hansı irəliləyiş yoxdur. Bunun əsas səbəbi Rusiyadakı spekulyantların haqsız qazanc əldə etmək üçün apardığı mübarizədir”. Rusiyanın türk pomidoruna möhtac olduğunu vurğulayan M. Yanmaz əlavə edib ki, başqa ölkələrə göndərilən türk pomidoru Rusiyaya yuxarı qiymətə satılır: “Əvvəllər Rusiyaya təqribən 500 min ton pomidor ixrac edirdik. Hazırda Rusiya xalqı vasitəçi ölkələr yolu ilə daha bahalı pomidor istehlak edir. Bu rəqəmin ümumi qarşılığı 500 milyon dollardır. Aradakı spekulyantlar 500 milyon qazandığı hada, türk istehsalçılar və Rusiya xalqı zərər görür”. Onun sözlərinə görə, Rusiyanın qonşu ölkələrdən aldığı pomidorların hamısı türk pomidorudur: “Rusiyanın embarqosundan sonra Belarusa 500 faiz, Azərbaycana 160 faiz, Polşaya 200 faiz, Naxçıvana isə 150 faiz artan pomidor ixracatı mövcud vəziyyəti daha aydın göstərir. Qonşu ölkələrə edilən ixrac rəqəmləri türk pomidorunun Rusiyaya göndərildiyini təsdiq edir”.

DİGƏR XƏBƏRLƏR

Top