İraq ordusu Mosula hücumu dayandırdı

İraq ordusu Mosulun qərb hissəsinə hücumu müvəqqəti dayandırmaq qərarına gəlib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi hücum zamanı dinc əhali arasında ölənlərin sayının artması göstərilir. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraq ordusunun Mosulun qərbində İŞİD terror qruplaşmasına qarşı əməliyyatı fevral ayından davam edir. İraq ordusu Mosulun qərbinə hücumla bağlı planları yenidən nəzərdən keçirməyi planlaşdırır. Komandanlıq dinc əhali arasında itkilər olmadan terrorçulara cərrahiyyə dəqiqliyi ilə hücum etmək üçün yeni hücum planları və taktikaları hazırlamaq istəyir. Xatırladaq ki, martın 23-də Mosulun qərbinə bir neçə hücum zamanı təqribən 200 nəfərin öldüyü bildirilmişdi. İraq ordusunun hesablamalarına görə, Mosulun qərb ərazisinin 60 faizindən çoxu İŞİD-dən azad edilib. Şəhərin şərq hissəsi isə 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top