Hələbdə bombardman nəticəsində dinc sakinlər ölüb

Hələbdə dünən müxaliflərin olduğu bölgələrə təşkil olunan hücumlarda 59 nəfər həlak olub, 137 nəfər isə yaralanıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bombardmanda yaşayış yerləri hədəf alınıb. Bildirilib ki, Müyəssərdə 14, Tariq əl Babda 3, Karmi Beykdə 3, Bab Neyrabda 7, Karmi Hamudda 7, Muvasalatda və Cəzmədlidə 1, Köhnə Hələbdə 6, Sukkəridə 5, Məşhəddə 14, Qatırçı səmtində isə 4 nəfər həlak olub. Həmçinin qeyd olunub ki, atəşə tutulan bölgələrdə dağıntıların altında onlarla insan qalıb. Mülki müdafiə qüvvələri dağıntılar altında qalanların xilas edilməsi üçün əməliyyat axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, Suriyada son 9 gündür rejim qüvvələri tərəfindən təşkil edilən hücumlarda ümumilikdə 361 nəfər vətəndaş həlak olub, 210 nəfər isə yaralanıb.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top