Dünya üzrə 2,4 milyarddan çox insan yemək bişirmək üçün yanacaq qismində odundan istifadə edir. “Yeniavaz.com” CNN Türk-ə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Meşələr Gününə həsr edilmiş hesabatında deyilir. Hesabata əsasən, dünya üzrə xeyli sayda kiçik müəssisə yanacaq qismində odun və ya odun kömüründən istifadə edir: “Çay, çörəkbişirmə və kərpic hazırlama kimi bir çox sahədə enerji mənbəyi olaraq odun və ya odun kömüründən yararlanır. Dünya əhalisinin 1/3-nə bərabər olan 2,4 milyarddan çox insan yemək bişirmək üçün odundan faydalanır”.