ABŞ-ın ermənipərəst konqresmenləri qondarma soyqırımı ətrafında yeni ajiotaj qaldırırlar

ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri Devid Trot və Adam Şiff hökuməti qondarma "erməni soyqırımı"ndan nəticə çıxarılmasına və Yaxın Şərqdə zorakılıq aktlarının dayandırılmasına çağıran iki qətnamə layihəsini qəbul etməyə çağırıblar. "Yeniavaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə, qətnamə müəllifləri qondarma soyqırımının tanınması ilə beynəlxalq aləmdə zorakılığın azalacağını iddia edirlər. Öz növbəsində Amerika Erməni Milli Komitəsnin icraçı direktoru Aram Qambaryan ermənipərəst konqresmenlərə adı çəkilən qətnamələrin hazırlanmasına görə təşəkkür edib. Xatırladaq ki, bir müddət əvvəl ermənipərəst konqresmen Adam Şiff ABŞ hökumətini qondarma Qarabağ münaqişəsinə görə Azərbaycana sanksiyalar tətbiq etməyə çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top