.jpg)
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi son vaxtlar rəsmi Ankara münasibətlərin gərginləşdiyi Almaniyada istehsal edilən “Mercedes” markalı xidməti avtomobilini Yaponiyanın “Lexus” markalı avtomobili ilə əvəzləyib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, nazirin bu addımı Almaniya-Türkiyə arasında yaşanan gərginlik və Almaniyada dərc edilən “Bild” qəzetinin N. Zeybekçi haqqında şəxsi hüquqları pozacaq dərəcədə ağır ifadələr işlətməsi səbəbindən atdığı bildirilir. Lakin N. Zeybekçi dəyişikliyin etiraz və ya qarşı hərəkət məqsədi daşımadığını vurğulayıb. Onun sözlərinə görə, nazir kimi səfərlərində Türkiyədə istehsal edilən avtomobillərdən istifadə etməyin arzusundadır: “Ancaq təəssüf ki, həddən artıq səfər edirəm. Səfərlərin həddən ziyadə və sürətli olması məcburiyyəti var. Bu məcburiyyətə uyğunlaşacaq avtomobillər seçməliyik. Mütləq alman avtomobilindən istifadə etmək və ya etməmək kimi seçimim olmadı. Etiraz və ya qarşı hərəkət xarakterli bir addım deyil. Digər avtomobillərimizlə bağlı da alternativ variantlarından yararlanmaq istəyirik”.
Tətbiqimizi yükləyə bilərsiniz