Gürcüstanın azərbaycanlılar yaşayan Ortaçala rayonunda yeni hökumət şəhərciyinin inşasına başlanılıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə yeni şəhərcik Gürcüstanın nazirlikləri üçün nəzərdə tutulub. Burada bütün nazirliklər yerləşdiriləcək. Bunu Gürcüstan Nazirlər kabinetinin bu günkü iclasında Baş nazir Georgi Kvirikaşvili deyib. Baş nazirin sözlərinə görə, nazirliklər üçün inşa ediləcək binalar üçün Ortaçalada olduqca geniş ərazi ayrılıb: "İdarəetmədə həyata keçirilən islahatlar çərçivəsində Ortaçalada hökumət şəhərciyi yaradılacaq. Burada bütün nazirliklər üçün müasir binalar inşa ediləcək. Bu şəhərin mərkəzində yeni mehmanxanaların inşasına imkn verərək tıxacları azaldacaq. Eyni zamanda bu, əhalinin şikayət və təkliflərinin daha operativ şəkildə həll edilməsinə, idarəetmənin çevikliyinə geniş şərait yaradacaq".