Türkiyə səfiri Ərdoğanın sözlərinə görə Avropa Komissiyasına çağırıldı

Türkiyənin Avropa İttifaqındakı səfiri Avropa Komissiyasına çağırılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası səfirdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə bağlı açıqlama verilməsini tələb edib. Qeyd edək ki, R. T. Ərdoğan martın 22-də çıxışı zamanı Avropaya səslənərək bu sözləri demişdi: “Türkiyə kənara atılası, şərəfi ilə oynanılası, nazirləri qapılardan qovulası, vətəndaşları yerlərdə sürüklənəsi ölkə deyildir. Dünyanın hər yerində baş verənlər yaxından izlənilir. Siz belə davranmağa davam etsəniz, sabah dünyanın heç bir yerində heç bir avropalı, qərbli güvənlə, rahatlıqla küçəyə addım ata bilməz. Bu təhlükəli yolu açsanız, ən böyük zərəri siz görərsiniz. Türkiyə olaraq, Avropa ölkələrini demokratiyaya, insane haqlarına, azadlıqlara hörmət etməyə dəvət edirik. Unudulmamalıdır ki, bu dəyərlərə bizim qədər xüsusilə avropalıların ehtiyacı var”.

DİGƏR XƏBƏRLƏR

Top