"ATƏT Minsk Qrupu yeni müharibənin qarşısını almağa qadir yeganə qurumdur"

ATƏT Minsk Qrupunun Qarabağ münaqişəsinin həllində və bölgədə yeni müharibənin başlamasının qarşısının alınmasında rolu böyükdür. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli deyib: "Əsas məsələ odur ki, bölgədə müharibə baş verməsin. Müharibə baş verəcəyi təqdirdə onun bölgəyə hansı dağıntılar gətirə biləcəyi məlum deyil. Zənnimcə Qarabağ zonasında yeni müharibənin başlaması həm Azərbaycan, həm də Ermənistan üçün arzuedilməzdir. Mən Bakının müharibə istəmədiyinə əminəm. Çünki bu müharibə onların iqtisadiyyatına, iqtisadi inkişafına ağır, dağıdıcı zərbə vuracaq. Ermənilər də müharibənin əleyhinədirlər. Ona görə də münaqişənin həllində və tərəflərin arasında dialoqun baş tutmasında ATƏT MQ-nin önəmli rolu var. Arzu edirəm ki, bu dialoq daha intensiv şəkildə davam etsin".

DİGƏR XƏBƏRLƏR

Top