“Apple” şokda - 300 milyon "icloud" hesab oğurlanıb

Türk haker qrupu “Apple” aid 300 milyon "icloud" hesabını ələ keçirib. Özlərini “ Türk suç çetesi” adlandıran bir qrup oğurladığı hesabların qarşılığında “Apple”dan 75 min dollar dəyərində bitkoin və ya 100 min dollar dəyərində İntunes hədiyyə kartı istəyib. Pul verilməzsə, haker qrupu 300 milyon hesabı sıfırlayacağını bəyan edib. Hakerlər “Apple” şirkətinə aprelin 7-nə qədər vaxt verib. Şirkət bununla bağlı hələ ki rəsmi açıqlama verməyib. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top