Ukraynada sursat anbarında baş vermiş yanğın səbəbindən 20 minə yaxın insan təxliyə edilib

Xarkov vilayətində sursat anbarı yaxınlığında yerləşən yaşayış məntəqələrindən 20 minə yaxın insan təxliyə edilib. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verib.

"Əhalinin təxliyyəsi davam etdirilir. Verbovka kəndindən Prişib kəndinə 2700 insan təxliyyə edilib. Yakovenkovo kəndindən Voloxov Yar kəndinə - 806 nəfər, Balakleya şəhərindən isə 16317 nəfər təxliyə edilib", - məlumatda bildirilir.

Xəbərə görə, partlayışlar sursat anbarının texniki ərazisində baş verir. Lakin bəzən qəlpələr ətraf ərazilərə də düşür.

Xatırladaq ki, martın 23-nə keçən gecə Xarkov vilayətinin Balakleya şəhərində sursat anbarında detonasiya ilə nəticələnən yanğın baş verib. Ukraynanın hərbi prokuroru Anatoli Matios hadisənin təxribat nəticəsində baş verdiyini ehtimal edir. report

DİGƏR XƏBƏRLƏR

Top