Putinin iqamətgahının tikintisində 225 milyonluq oğurluq faktı

Rusiya prezidenti Vladimir Putinin iqamətgahının tikintisi zamanı 225 milyon rubl mənimsənilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basmansk məhkəməsindəki prokurorun bəyanatında deyilir. Bildirilir ki, külli miqdarda vəsaitin oğurlanmasına dair cinayət işində Stanislav Kyuner şübhəli qismində saxlanılıb: “Bununla belə, cinayət işində müəyyən edilməmiş həmiştirakçılar var. Güman etməyə əsas var ki, Stanislav Kyunerin azad edilməsi halında onlarla əlaqə saxlaya bilər”. İstintaq Komitəsinin məlumatına əsasən, S. Kyuner Federal Mühafizə Xidməti yanında “Ateks” federal dövlət unitar müəssisəsinin direktorunun birinci müavini olarkən Fransaya qaçmağa çalışıb: “Kyuner gizlənə bilər. Onun martın 22-i üçün Fransaya aldığı bilet bunu təsdiq edir”.

DİGƏR XƏBƏRLƏR

Top