Ermənistanda əhaliyə satılan qazın tarifi aşağı salındı

Ermənistanda İctimai Xidmətlərin Nizamlanması Komissiyasının (İXNK) qərarı ilə 2017-ci ilin 1 yanvar tarixindən etibarən bu ölkədə əhaliyə satılan təbii qazın tarifləri aşağı salınacaq. "Yeniavaz.com" Ermənistan mətbuatına istinadən bildirir ki, İXNK-nin qərarına əsasən əhaliyə satılan hər 1000 kub metr təbii qazın qiyməti 146,7 min dramdan (295 dollar) 139 min drama (279 dollar) endirilib. Bu isə o deməkdir ki, yanvar ayının 1-dən etibarən Ermənistan əhalisi təbii qazın hər kub metri üçün 29,5 sent yerinə 27,9 sent ödəyəcək.

Onu da bildirək ki, Ermənistanı təbii qazla təmin edən "Qazprom-Ermənistan" şirkətinin səhimlərinin 100%-i Rusiyanın "Qazprom" şirkətinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top