“Apple” qırmızı smartfonunu təqdim etdi

ABŞ-ın “Apple” korporasiyası qırmızı rəngli “iPhone7” və “iPhone 7 Plus” – yenilənmiş smartfonların, habelə “iPad” planşetinin büdcəli modelinin satışa başlanılması tarixini açıqlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yenilənmiş qurğular martın 24-də satışa çıxarılacaq. Açıq-qırmızı rəngli smartfonlar xeyiyyə aksiyası çərçivəsində istehsal olunur. Bu modellərin satışından əldə edilən vəsaitlər QİÇS-lə mübarizə üçün Qlobal Fonda ayrılacaq. Qırmızı smartfonların qiyməti 749 dollardan başlayacaq. Yeni “iPad” isə parlaq 9,7 düymlük “Retina” displeyi ilə təchiz edilib və 3,1 milyondan artıq pikselə malikdir. Gümüş, qızıl və boz rənglərdəki qurğuların çəkisi 500 qramdan yüngüldür və enerji ehtiyatı olmadan gün ərzində işləyə bilər. Korporasiyadan qeyd ediblər ki, bu modelin qiyməti ən əl çatan olacaq və 329 dollardan başlayacaq (yalnız Wi-Fi dəstəyi və quraşdırılmış 32 Gb yaddaşı ilə).

DİGƏR XƏBƏRLƏR

Top