Kərkükdə bayraq gərginliyi artır

İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzaninin Kərkükə vali təyin etdiyi Nəcməddin Kərimin şəhərdəki bütün ictimai qurumların binalarında “Kürdüstan bayrağı” asılmasını istəməsiylə başlayan gərinlik artır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İraq Türkmən Cəbhəsinin başçısı Ərşad Salihi valilik “Kürdüstan bayrağı” asdırandan sonra, küçələrə, evlərə türkmən bayrağı asmağa başladıqlarını bildirib. Onun sözlərinə görə, Kərkük mübahisəli regiondur: “Kərkükdə “Kürdüstan bayrağı” asıldıqdan sonra Türkiyə xaric, nə İraq hökuməti, nə də ABŞ səsini çıxarmadı. Kərkük valisi və onunla birlikdə hərəkət edənlər PKK-ya cürət verib Kərkükün hər tərəfində parçalarını (bayraq), PKK liderinin fotolarını asdılar. Bunlara kənardan tamaşa edildi. İndi də “Kürdüstan bayrağı”nın Kərkükdə rəsmi binalara asılması ilə əlaqədar əmr verilib, bu, Kərkükün gələcəyini təhdid edən məsələdir. Mübarizə aparmalıyıq. Valiliyin PKK-nın dəstəyi ilə atdığı addımdan kürd partiyaları da razı deyil. Valilik “Kürdüstan bayrağı” asdırandandan sonra, küçələrə, evlərə türkmən bayrağı asmağa başladıq. Bizə toxunanana biz də qətiyyətlə toxunacağıq. Vali ən böyük dsətəyini PKK-dan alır. Bu istismara tez bir zamanda son qoyulmalıdır. Əks halda Kərkükdə arzuolunmaz hadisələr baş verə bilər. Kərkükü kürd şəhəri kimi göstərməyə çalışırlar”.

DİGƏR XƏBƏRLƏR

Top