Miqrant və qaçqınlarla bağlı daha bir “ölüm” statistikası açıqlandı

2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropa sahillərinə çatmağa cəhd edərkən 4,66 mindən çox miqrant və qaçqın həlak olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir. Təşkilatın statistikasına əsasən, bu, 2015-ci ildə ölənlərin sayından daha çoxdur. Bununla belə, dəniz vasitəsilə Avropa ölkələrinə 345,68 nəfər çata bilib. Yunanıstan ən çox miqrant və qaçqın qəbul etmiş ölkədir – 171 mindən çox. İtaliya 168 min miqrantla ikincidir.

DİGƏR XƏBƏRLƏR

Top