Əfqanıstanda "Əl-Qaidə"nin səhra komandiri öldürülüb

ABŞ-ın pilotsuz uçuş aparatı (PUA) Əfqanıstanın şərqində terrorçuların olduğu avtomobilə raket zərbəsi endirib. "TASS" agentliyi xəbər verir ki, pilotsuz aparat Əfqanıstanın Pakistanla sərhəd Paktika vilayətindəki şose ilə hərəkət edən minik avtomobilinə iki raket buraxıb. Atəş nəticəsində dörd silahlı ekstremist, o cümlədən "Əl-Qaidə"nin səhra komandirlərindən biri məhv edilib. Məhv edilmiş iki yaraqlının kimliyi müəyyənləşdirilib. Onlardan biri Yasin Kari olub. Yasin Kari prezident Pərviz Müşərrəfə qarşı baş tutmamış sui-qəsddə və Pakistan ordusunun Ravalpindi şəhərindəki qərargahına hücumda şübhəli bilinirdi. Məhv edilmiş digər terrorçu isə qruplaşmasının komandirlərindən olan Ustad Aslamdır.Report

DİGƏR XƏBƏRLƏR

Top