Milyarder Rokfeller vəfat etdi

Əfsanəvi sahibkarlar sülaləsinin nümayəndəsi Devid Rokfeller 101 yaşında dünyasını dəyişib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı milyarder D. Rokfellerin mətbuat katibi deyib. Onun sözlərinə görə, milyarder bazar ertəsi Pokantiko-Hills şəhərciyindəki (Nyu-York ştatı) öz evində yuxudaykən vəfat edib. Qeyd edək ki, D. Rokfeller “Standard Oil” şirkətinin qurucusu və dünyada ilk dollar milyarderi Devis Rokfellerin nəvəsidir.

DİGƏR XƏBƏRLƏR

Top