Rusiya PKK terror təşkilatının Suriya qanadı YPG ilə bu ölkənin şimalında hərbi baza qurmaq barədə razılığa gəlib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu YPG-nin sözcüsü Redur Xəlil “Reuters” agentliyinə deyib. Onun sözlərinə görə, hərbi baza Suriyanın şimal-qərbində, Afrində qurulacaq. R. Xəlil qeyd edib ki, bu, terrorçuluqla mübarizə çərçivəsində həyata keçirilir: “Razılaşmaya əsasən, Rusiya qüvvələrimizə müasir müharibə üzrə təlm keçəcəklər. Rusiya ilə razılaşma bazar günü əldə edilib. Rusiya əsgərləri hazırda zirehli maşınlarla Afrinə çatıblar”.