
Türkiyəli idxalçılar təsdiq ediblər ki, Ankara Rusiya kənd təsərrüfatı məhsullarının alışını dayandırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Türkiyədəki ticarət təmsilçiliyinin nümayəndəsi deyib. Onun sözlərinə görə, idxalçılar təsdiq edirlər ki, Türkiyənin Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağı alması dayandırılıb. Nümayəndə qeyd edib ki, bazar ertəsi Türkiyənin unüyüdən şirkətlərinin təmsilçiləri bu məsələ ilə bağlı Dövlət Taxıl Şurasının nümayəndələri ilə görüşürlər.
Xatırladaq ki, martın 17-də Türkiyənin İqtisadiyyat Nazirliyi Rusiyadan kənd təsərrüfatı məhsullarını idxalının qadağan edilməsinin tətbiqi haqqında məlumatı təkzib edərək bəyan etmişdi ki, Türkiyənin Ticarət Palatası Ümumdünya Ticarət Təşkilatının qaydalarına tam əməl edir və Ankara məhsuldan asılı olmayaraq tədarükçülərin heç birinə qadağa qoymağa çalışmır.
Tətbiqimizi yükləyə bilərsiniz