Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlanıb

BMT-nin Beynəlxalq təşəbbüs şəbəkəsi dünya ölkələrinin illik reytinqini açıqlayıb. Reytinq 6 əsas göstərici üzrə tərtib olunub: adambaşına düşən ümumi daxili məhsulun həcmi, sağlam həyat müddəti, azadlıq, xeyirxahlıq, sosial təminat, eləcə də hökumətdə və biznesdə korrupsiyanın səviyyəsi. Reytinqin ilk sırasında yer alan Noveç ən xoşbəxt ölkə kimi xarakterizə olunub. Ötən il ən xoşbəxt ölkə adı qazanan Danimarka bu dəfə ikinci sıradadır.
Norveç və Danimarkadan sonra ilk onluğa bu ölkələr də düşüb: İslandiya, İsveçrə, Finlandiya, Niderland, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç.

Reytinqdə ən son sıralardakı ölkələr isə bunlardır: Cənubi Sudan, Liberiya, Qvineya, Toqo, Ruanda, Suriya, Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası.
Rusiya 49-cudur. Almaniya, Böyük Britaniya və Fransa müvafiq olaraq 16, 19 və 31-ci yerdədir. Ukrayna Sudan və Qanadan sonra 132-cı sıradadır.

Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri - Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top