5 metrlik timsah futbolçunu öldürdü

Mozambikin “Atletiko Mineyro de Tet” klubunun 19 yaşlı futbolçusu Estevao Alberto Jino Zambezi çayının sahilində timsahın hücumundan sonra ölüb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu klubun məşqçisi Edi Karvalyo deyib. Onun sözlərinə görə, idmançı yürüşdən sonra çayda çimmək qərarına gəlib: “Qəflətən timsah peyda oldu, onun bədəninin aşağı hissəsindən tutaraq suya çəkdi. Onun yanında iki dostu olub, qışqırtı səsini eşitsələr də, heç bir kömək edə bilməyiblər. Timsahın uzunluğu 5 metrə çatırdı”. Məşqçi əlavə edib ki, furbolçunun cəsədi hələ tapılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top