Ağ ev Trampın niyə Merkelin əlini sıxmamasını izah edib

Ağ evin mətbuat katibi Şon Spayser ABŞ prezidenti Donald Trampın Almaniya kansleri Angela Merkelin əlini sıxmaması məsələsinə aydınlıq gətirib. Hərçənd, A. Merkel jurnalistlərin xahişi üzrə əl sıxmağa hazır idi. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Ş. Spayser bütün vəziyyətin anlaşılmazlıq nəticəsində baş verdiyini vurğulayıb. O bildirib: “Düşünmürəm ki, o, sualı eşidib”.

Qeyd edək ki, Ağ evdə fotosessiya zamanı jurnalistlər Amerika prezidenti və Almaniya kanslerindən bir-birilərinin əllərini sıxmağı xahiş ediblər. Bu zaman A. Merkel ABŞ dövlət başçısına xitab edərək “Cənab prezident, biz əl sıxışa bilərik?” deyib. Lakin D. Tramp onun sualına heç bir reaksiya verməyib. Bir çox KİV belə nəticə çıxarmışdı ki, D. Tramp Almaniya kanslerinə bilərəkdən məhəl qoymayıb.

DİGƏR XƏBƏRLƏR

Top