Eks prezident: Türkiyə və Rusiya Bolqarıstanın siyasi partiyalarına pul verir

Rusiya Bolqarıstanın siyasi partiyalarını maliyyələşdirir və ölkənin daxili işlərinə qarışır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev deyib. Onun sözlərinə görə, Türkiyənin bolqar partiyalarını maliyyələşdirdiyini söyləmək üçün kifayət qədər əsas var: “Lakin Rusiyanın da maliyyələşdirdiyi xeyli sayda partiya var. Türkiyənin daxili işlərimizə müdaxilə etdiyini deyəndə, bunu digər dövlətlərin də etdiyini unutmayaq”. O əlavə edib ki, burada söhbət təkcə Türkiyədən getmir, məsələ Rusiya ilə bağlıdır: “Bolqarıstan prezidenti (Rumen Radev) buna da işarə etsəydi, razı olardım. Mənə çox aydındır ki, Rusiya istənilən yolla Avropa İttifaqını bölməyə və qeyri-sabit vəziyyət yaratmğa çalışır”. R. Plevneliyev ölkə başçısının 1877-1878-ci il rus-türk müharibəsində Bolqarıstanın azad edilməsinin 140-cı ildönümü tədbirlərinə Rusiya prezidenti Vladimir Putini dəvət etmək təşəbbüsünü də şərh edib: “Rusiya prezidentinin hər səfəri problemlidir və Bolqarıstan bunun müsbət və mənfi cəhətlərini qiymətləndirməlidir, onu nə vaxt və hansı şərtlərlə dəvət etmə şərtləri barədə diqqətlə düşünməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top