“Əsədə “qırmızı xəttimizi” keçməyə imkan verməyəcəyik”

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livanın “Hizbullah” hərəkatının yaraqlılarının əlinə müasir silahların düşməməsi üçün cümə günü Suriyada hədəflərə hava zərbələri endirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Kats deyib. Onun sözlərinə görə, İsrail HHQ Suriyada “Hizbullah” üçün silah daşıyan maşın karvanına hücum edib: “Biz Bəşər Əsədə İsrailin “qırmızı xətti”ni keçməyə və onun təhlükəsizliyinə təhdid etməsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, martın 17-də İsrail HHQ-nin təyyarələri Suriyada bir neçə hədəfə hücum edib və bu zaman zenit raketlərlə atəşə məruz qalıblar. İsrailin hava hücumundan müdafiə sistemi raketlərdən birini məhv edib.

DİGƏR XƏBƏRLƏR

Top