Azad Suriya Ordusunun komandiri: Türkiyədən xəbər gözləyirik

Suriyanın Mənbic şəhərində kimin olmasından asılı olmayaraq, onu azad edəcəyik. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azad Suriya Ordusunun (ASO) komandiri Əhməd Osman deyib. Onun sözlərinə görə, ASO Əl-Bab alındıqdan sonra indiyədək Mənbic istiqamətindəki 4 kəndi PKK terror təşkilatından (PYD) azad edib: “Savaşa davam edirik. Bizimlə Mənbic arasında daha çox kənd var. Mənbici azad etmək üçün böyük əməliyyatın nə vaxt başlanacağını bilmirəm. Türkiyə də bizimlə birlikdədir. Bundan sonrakı əməliyyatın Mənbic və ya Raqqa olması ilə bağlı danışıqlar davam edir. Türkiyədən xəbər gözləyirik. Biz Mənbic və Raqqa üçün də hazırıq. Mənbicdə kimin olmasından asılı olmayaraq şəhəri alacağıq. İŞİD, rejim, PKK da olsa, bizim üçün fərq etmir. Mənbici alacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top