Bu qadın “fil xəstəliyi”ndən əziyyət çəkirmiş

Dünyanın ən kök qadını hesab edilən misirli İman Əhməd Əbdülati Hindistanda beş həftə müalicə aldıqdan sonra 140 kiloqram arıqlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, həkimlər İsgəndəriyyə şəhərinin 36 yaşlı sakininin vəziyyətini “fil xəstəliyi” kimi qiymətləndirirlər. Qadın insult keçirib və yatağa bağlıdır. Ötən ilin sonunda misirli qadının vəziyyəti hidistanlı həkim Mufazzal Lakdavalanın diqqətini çəkib. İman fevralın 11-də xüsusi təyyarə ilə Hindistana çatdırılıb. O, martın 7-də keçirdiyi əməliyyatda mədəsinin həcmini 15 faiz kiçildib. Həkimlər, həmçinin İmanın iri piy qatını ləğv ediblər və məhsul qəbuletmə qabiliyyətini azaldıblar. Hazırda onun çəkisi 358 kiloqramdır. Misirli indi xüsusi pəhriz saxlayır və gün ərzində təqribən 1,8 min kalori qəbul edir.

DİGƏR XƏBƏRLƏR

Top