Tovuzda "VAZ-21011"in sürücüsü tələsib "təndirə düşdü" - 9 yaralı

Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ-21011" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə toqquşub.

Yol qəzasında 9 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.report

DİGƏR XƏBƏRLƏR

Top