Vaşinqtonda sürücülərdən biri Ağ Evin qarşısına gələrək avtomobildə partlayıcı maddənin olduğunu bildirib.
Bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, hadisə ABŞ prezidenti iqamətgahının nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib. Agentliyi bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxs saxlanılıb. Onun avtomobiil isə hazırda yoxlanılır.
Xəbəri Ağ Evin nümayəndələri dəqiqləşdirmək mümkün olmayıb. Lakin binanın mühafizəsi, habelə Ağ Ev yaxınlığındakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib və yollar vəziyyətə aydınlıq gətirilənə kimi bağlanılıb.
Avtomobildə hər hansı partlayıcı qurğunun olması xəbəri təsdiq olunmayıb.report