Gəncə şəhərində Novruz - el şənliyi keçirilib.

Gəncə şəhərində Heydər Əliyev adina park kompleksdə Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib. "Yeniavaz.com" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, əcnəbi qonaqlar iştirak ediblər. Qonaqları əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Novruzun atributları olan Keçəl və Kosa izdihamın önünə gələrək qonaqlara bahar təbriklərini çatdırıblar. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb. Möhtəşəm Novruz tonqalı çatılıb. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan qonaqları və gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik edib . Qonaqlar xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifa şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibətilə gəncəliləri təbrik edərək onlara cansağlığı, ailə səadəti arzu edib. İcra başçısı barışıq və dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb. Tədbir Bayram konseri ilə davam etdib.

Vuqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top