Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilib

Gəncə Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilib.

Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə beynəlxalq layihənin rəsmi hissəsinin açılış mərasimi keçirilib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər. "Yeniavaz.com" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb və Gəncə haqqında filmin nümayiş olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak etmək üçün bu qədim torpağa səfər edən qonaqları salamlayıb. Bildirilib ki, Gəncə bu gün yalnız ölkəmizin ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə Azərbaycanda gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir. Tədbirdə çıxış edən qonaqlarda Gəncədə olmaqlarından məmunluqlarını ifadə ediblər. Diqqətə çatdırılıb ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində mühüm tədbirlər keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top