Ermənistan bir qrup rusiyalı jurnalistin Qarabağa səfərini təşkil edib

Ermənistan Dağlıq Qarabağa qeyri-qanuni səfər edən Lapşinin həbsi ətrafında qaldırıdğı ajiotajı davam etdirməkdədir. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu gün bir qrup rusiyalı blogger və jurnalist Lapşinin həbsinə etiraz əlaməti olaraq Yerevana səfər ediblər. Aralarında erməni dostları kimi tanınan Anton Nosikin, Anton Merkurovun və Svetlana Bolşakovanın da olduğu blogger qrupunun, həmçinin hələlik adları açıqlanmayan bir qrup jurnalistin Yerevandan sabah Dağlıq Qarabağa səfər edəcəkləri gözlənilir. Yerevana səfər ərəfəsində Anton Nosik "Jivom jurnale"dəki bloqunda yazıb ki, Dağlıq Qarabağa səfərə gedir və ora qədim "erməni torpağı" olan Arsaxdır. Nosik həmçinin blokunda Azərbaycana iftiralar yağdırıb. Rusiyalı blogger və juranlistlərin Dağlıq Qarabağa səfərinin Ermənistan xarici işlər nazirliyinin göstərişi ilə Rusiyadakı yeni erməni səfirinin və lobbisinin maliyyə yadımı ilə həyata keçirildiyi ehtimal edilir.

Qeyd edək ki, 50 yaşlı yəhudi əsilli Anton Nosik Vesti.ru, Lenta.ru, Gazeta.ru və NEWSru.com-da redaktor işləyib. O, Rusiya və İsrail vətəndaşlığına malikdir.

DİGƏR XƏBƏRLƏR

Top