Fransız deputat: Avropa Türkiyənin girovuna çevrilib

Hazırda Türkiyə istədiyini edə bilər. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Fransanın mühafizəkar “Respublikaçılar” partiyasının nümayəndəsi Tyerri Mariani Türkiyə-Avropa İttifaqı münasibətlərindəki böhranı şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə hal-hazırda istədiyini edə bilər: “Avropa Şurasında otururam. Rusiya AŞ PA-dan çıxarılaraq səsvermə hüququndan məhrum edildi və məntiqlə Türkiyədə baş verənlərə görə - həbs dalğası və hökumətin münasibəti – Türkiyə də çıxarılmalıdır. Lakin Türkiyəyə qarşı heç bir sanksiya yoxdur, çünki biz mahiyyət etibarı ilə onun girovuna çevrilmişik. Hazırda Avropa çox qətiyyətsizdir. Niderlandda reaksiyamız oldu, lakin yalnız seçkiqabağı kampaniyaya görə. Türkiyə bizi susmağa vadar etdi”. Deputat qeyd edib ki, Türkiyə və Avropa İttifaqı arasında miqrantlar üzrə saziş təhlükə altında deyil, çünki Avropa Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcək: “Bu o deməkdir ki, Türkiyə istədiyini edə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top