Türkiyədə dünyanın ən uzun asma körpüsünün təməli qoyuldu

Türkiyədə dünyanın ən uzun asma körpüsü olacaq Çanaqqala 1915 körpüsünün və Malkara-Çanaqqala avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da iştirak ediblər. Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümündə - 2023-cü ildə istismara verilməsi planlaşdırılan körpü Yaponiyadakı analoqunu geridə buraxaraq dünyanın ən uzun asma körpüsü olacaq. Çanaqqala 1915 körpüsünün təməli Asiya qitəsindəki Lapseki rayonunda Şekeryaka ərazisində qoyuldu. Körpü və avtomobil yolu layihəsinin ümumi dəyəri 10,5 milyard türk lirəsidir. Tikinti Türkiyə və Cənubi Koreyanın şirkətləri tərəfindən müştərək həyata keçiriləcək. Asiya və Avropanı birləşdirəcək körpünün ümumi uzunluğu 3860 kilometrdir. Körpüdən gediş haqqı 15 avro + ƏDV təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top