Batumi hadisələrinin 7 iştirakçısını uzunmüddətli həbs cəzası gözləyir

Batumi şəhər məhkəməsi bu yaxınlarda baş verən etiraz aksiyası iştirakçılarından 7-nin cəzalandırılacağını bildirib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, aksiyanın təşkilatçıları hesab edilən 7 nəfərdən 6-sı həbs edilib. Onlardan birinin isə 3 min lari (1,2 min dollar) girov müqabilində müvəqqəti azad ediləcəyi bildirilir. Batumi şəhər məhkəməsinin məsələ ilə bağlı verdiyi açıqlamada həbs edilənlər arasında iki azyaşlının olduğu bildirilir. Onlardan biri şərti məhkumluq həyatı yaşayıb. Həbs edilənlər polislərin üzərinə hücum etməkdə, nəqliyyat vasitələrinə zərər verməkdə günahlandırılır. İstintaqın gedişində məlum olub ki, həbs edilənlər, Laşa Dekanoidze, Mindiya Beridze, Georgi Beridze, Genadi Mamuladze, Kaxa Maxaradze və iki azyaşlı, polis üzərinə daş və Molotov kokteyli ilə hücum ediblər. Nəticədə polisllər arasında bədən xəsarətləri alanlar olub, mülki və polis maşınları yandırılıb. İndi günahkarların bəzilərini Gürcüstan qanunlarına görə, 4-7, digərlərini isə 7-11 il müddətində həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top