Robert Koçaryan 6-7 rayonun qaytarılması üzrə danışıqlar aparıb?

Ermənistanda seçkiqabağı gərginliyin növbəti hədəfi eks-prezident Robert Koçaryan olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, jurnalist Tatul Akopyan Koçaryanın heç də iddia edildiyi kimi vətənpərvər olmadığını söyləyib. O yerli "Aravot" qəzetinə verdiyi müsahibəsində Koçaryanın danışıqlarda 6-7 rayonun qaytarılmasını nəzərdə tutan sənədi müzakirə etdiyini söyləyib: "Serj Sarkisyanı və Levon Ter-Petrosyanı torpaq satmaqda günahlandırmaq, Koçaryanı isə vətənpərvər kimi qələmə vermək düz deyil. Koşaryan da 6-7 rayonun qaytarılmasını nəzərdə tutan sənəd üzərində işləyib və status əvəzində buna qarantiya verəcəyini bildirib".

O, parlament seçkilərində iştirak edəcək digər siyasi partiyaların da proqramlarında Qarabağ münaqişəsinin həllinin önə çıxarılması halında, onların da analoji danışılqara gedəcəklərini və bu məsələni siyasi alver vasitəsinə çevirəcəklərini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top